Ölkə iqtisadiyyatının inkişafı və mülki dövriyyənin artması nəticəsində notariat hərəkətlərinin sayı çoxalaraq 4.3 milyonu ötüb.
Teleqraf.com-un məlumatına görə, bunu ədliyyə naziri Fikrət Məmmədov kollegiya iclasında bildirib.
Onun sözlərinə görə, 111 mindən çox doğum qeydə alınıb. Nazir deyib ki, nikahların sayı xeyli artaraq 55 mini keçib.