9 Yanvar 2022 00:26
954
12 Punto 14 Punto 16 Punto 18 Punto

Soyuq hava özü ilə mövsümü infeksion xəstəlikləri də gətirir. Bəs qış aylarında insanların tez-tez qripə yoluxmaması üçün nə etmək lazımdır? Hansı qidalar istehlak edilməli və ya hansı qidalardan qaçmaq lazımdır?

Teleqraf.com xəstələnəndə hansı qidaların sizin üçün faydalı və ya zərərli olacağını təqdim edir.

Çiyələk – yəqin ki, soyuqdəymə zamanı bu meyvənin faydalı olduğunu düşünürsünüz, amma əksinədir. Çiyələk burun və sinuslarınıza xoşagəlməz narahatlıq gətirən yüksək histamin ifraz edir. Bu isə burun tıxanıqlığına səbəb olur. Buna görə də soyuqdəymə zamanı çiyələkdən uzaq durmaq məsləhətdir.

Şirniyyat - şirin qidaların tərkibində çoxlu şəkər var. Bu isə xəstə olduğunuz zaman ən son ehtiyacınız olan şeydir. Şəkər yemək immunitet sisteminizi və ağ qan hüceyrələrinizin sizi xəstələndirən mikroblarla mübarizə qabiliyyətini olaraq zəiflədir. Bütün emal edilmiş qidalar zərərli deyil. Lakin bəzilərinin tərkibində yüksək səviyyədə duz, şəkər və yağ ola bilər. Bu maddələr iltihablanmanı tezləşdirib, bədəninizin sağalma prosesini gecikdirə bilər.

Turşu –bir çox yeməyin yanında yeyilir. Lakin xəstəsinizsə, onlardan qaçınmağa çalışın. Bu qidaların tərkibində boğaz ağrısının iltihabını artıra bilən sirkə və duz var.

Qızartmalar – öskürək və ya boğaz ağrınız varsa, kreker, çipsi və ya simit kimi xırtıldayan qəlyanaltılar yemək boğazınızda ağrıya səbəb ola bilər.

Bəs bu müddətdə nələr yeyə bilərsiniz?

Toyuq şorbası – toyuq şorbası boğazı nəmləndirir, bədəni qidalandırır, sakitləşdirir. Tədqiqatlar göstərir ki, bu şorba iltihab əleyhinə təsir göstərir.

Acı bibər - bəlğəmgətirici xüsusiyyətə malikdir. Bəlğəmi parçalayıb, öskürək və burun tıkanıklığını aradan qaldırır.

Zəncəfil - bir stəkan isti zəncəfil çayı soyuqdəymə zamanı ən yaxşı dostunuz ola bilər. Bu güclü kök bitkisi virusla mübarizə aparmağa kömək edən analjezik və iltihab əleyhinə təsirlərə malikdir. Zəncəfil tıxanıqlığı aradan qaldırır, öskürəyi yatırır və boğazınızı sakitləşdirir.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər