10 Yanvar 2022 15:14
470
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhiyyə Nazirliyi Azərbaycanda koronavirus infeksiyasına yoluxma hallarını müəyyənləşdirmək üçün istifadə olunan PCR testlərinin “Omikron” ştamını aşkarlamadığı barədə iddialara cavab verib.

Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib ki, yeni ştam da koronavirusun digər növləri kimi adi PCR test üsulu ilə aşkarlanır.

“Çünki mövcud testlər istənilən ştamda müsbət nəticə verməyə qadirdir. Sadəcə həmin ştamın hansı növ olmasını laborator analizlər nəticəsində dəqiq bilmək olur”.

Mövsümü virusa yoluxanlardan götürülən test nəticələrinin neqativ çıxması bir daha sübut edir ki, həmin nümunələrdə COVID-19 virusu yoxdur”, - o vurğulayıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva isə “Report”a bildirib ki, əhali arasında yanlış fikir yayılıb ki, hazırda ölkədə yeni virus peyda olub və testlər bunu aşkar edə bilmir: "Bu, tamamilə yanlış düşüncədir. Koronavirusun bütün ştamları istər "Alfa", "Beta", "Delta", istərsə də "Omikron" COVID-19 PCR testində müsbət göstərir. Amma bu test hansı ştam olmasını fərqləndirə və təyin edə bilmir. Ştamın növünü təyin etmək üçün isə əlavə laborator analizə ehtiyac olur. COVID-19 PCR testi neqativ olan xəstələr böyük ehtimal digər respirator viruslardan birinə yoluxmuş hesab olunurlar. Bunlar arasında uzun müddət davam edən, daha çox ağırlaşmalara və bakterial koinfeksiyalara meyilli olan növ “influenza”dır”.

Qeyd edək ki, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə yaydığı məlumata görə aparılan araşdırmaların növbəti mərhələsində ölkə xaricindən gələn şəxslərdən götürülən nümunələrdən 12 -də SARS-CoV-2 21K “Omikron” variantı aşkarlanıb.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər