"Son tarif dəyişikliyindən sonra limitlər üç qrupa bölünür. 1200, 2500 və 2500 kubmetrdən yuxarı. 2021-ci il ərzində 52,5% abonent təxminən 1 milyon 262 min 820 abonent aşağı limit tarifindən, yəni 1200 kubmetrdən istifadə edib".
Teleqraf.com xəbər verir ki, bunu "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev "Açıq qapı" aksiyasında deyib.
Baş direktor qeyd edib ki, 1 milyon 443 min abonent 1200 kubu keçməyib: "Qaz limitini keçməyən əhali qrupu təxminən 47,5%-dir. İlin ortasında dəyişiklik olduğuna görə bu rəqəmlər fərqlidir.
Belə ki, 1 milyon 142 min 413 abonent sonuncu tariflə, yəni 1200 kubu keçməyənlərdir. Bu da 47,5 faiz təşkil edir".