İşğaldan azad olunmuş ərazilər arasında hələlik yanlız Ağdam və Şuşaya səfərlər təşkil olunacaq.
Teleqraf.com xəbər verir ki, bunu Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov işğaldan azad edilmiş ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı bu gün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, bunun səbəbi təhlükəsizliyin tam şəkildə hələlik yalnız bu ərazilərdə təmin olunmasıdır: "İnfrastruktur imkan verdiyi təqdirdə əhalinin tələbi nəzərə alınaraq digər istiqamətlər üzrə də işğalından azad olunmuş ərazilərə səfərlər təşkil olunacaq".