31 Yanvar 2022 17:33
411
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azəriqaz" İstehsalat Birliyinin rəhbər şəxslərinin "Açıq mikrofon" aksiyası çərçivəsində 2022-ci ildə vətəndaşlarla ilk görüşü baş tutub.

Teleqraf.com xəbər verir ki, Lənkəran Regional qaz istismarı İdarəsinin məsul şəxsləri Astara rayonunun Səlivə kənd sakinlərinin problem və təkliflərini dinləyiblər.

Ucqar kənd sakinləri 66 fərdi yaşayış evi olan, qış aylarının daha sərt keçdiyi bu kənddə təbii qazın olmaması səbəbindən üzləşdikləri çətinliklərdən söz açıblar. Sakinlər alternativ yanacaq mənbəyi kimi odunla bağlı da problemlərinin olduğunu bildirərək mavi yanacaqla təmin olunmalarını xahiş ediblər. Səlivə kəndi ilə qonşu olan Taxtənəkəran və Noyabud kəndlərinin sakinləri "Açıq mikrofon" aksiyasının keçiriləcəyindən xəbər tutaraq problemlərini bildirmək üçün "Səyyar qəbul otağ"ı təşkil olunan ünvana gəliblər. Onlar da bu iki kəndin qazlaşdırılmasını xahiş ediblər.

Astara Rayon İcra Hakimiyyəti başçısının Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Sədail Qasımov çıxış edərək bu cür aksiyaların keçirildiyi üçün "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevə təşəkkür edib. Kijəbə qəsəbəsində genişlənən ərazilərin, habelə yeni yaşayış massivlərinin də mavi yanacaqla təmin olunmasını diqqətdə saxlanmasını xahiş edib. Sakinlərə bildirilib ki, daxil olan müraciətlər Birliyin rəhbəri Ruslan Əliyevə təqdim olunacaq. Baş direktorun müvafiq qərarına əsasən bu kəndlərin qazlaşdırılması ilə bağlı suallara aydınlıq gətiriləcək.

Məlumat üçün bildirək ki, hazırda Astara rayonunda 46 kəndin qazlaşdırılması işləri tamamilə yekunlaşdırılıb.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər