31 Yanvar 2022 21:57
316
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qızılağac Milli Parkının və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı parkın “Kiçik körfəz” adlanan ərazisində qanunsuz balıq ovlayan şəxs saxlanılıb.

Teleqraf.com xəbər verir ki, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib ki, araşdırma zamanı brakonyerin Lənkəran rayonu, Şirinsu kənd sakini Eldəniz Niftullayev olduğu və təbiətə 1023 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hazırda Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Polis Şöbəsi tərəfindən təqsirkar şəxs barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün araşdırma davam edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər