1 Fevral 2022 14:17
550
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun vəziyyəti pisləşib.

Yüksək qan təzyiqindən, şəkərdən və digər xəstəliklərdən əziyyət çəkən keçmiş rəis hazırda ciddi həkim nəzarətindədir.

Tağı Əhmədovun ayaqlarının tutulduğu, hərəkət imkanınının məhdudlaşdığı bildirilir. Qohumlarından birinin dediyinə görə, sabiq məmur ötən gün “Ömür” klinikasında müayinədən keçib.

Klinikaya əlil arabasında gələn Tağı Əhmədovu bir neçə yaxın qohumu müşayiət edib.

Müayinədən sonra onun evinə getdiyi və özünü ətrafdan tamamilə təcrid etdiyi bildirilir.

Qeyd edək ki, "Ömür" klinikası Bakı Metropoliteninin sabiq rəhbərinə məxsusdur./Yenisabah.az/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər