20 Noyabr 2014 21:42
2 012
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dövlət Sosial Müdafiə Fondunun həyata keçirdiyi son islahatları çox müsbət qiymətləndirirəm. Amma bəzi məsələr var ki, onlara toxunmaq istərdim. Qeyd edim ki, Prezident İlham Əliyev tərəfindən yürüdülən uğurlu siyasət sosial layihələrin dəstəklənməsi və sosial rifahın yaxşılaşdırlmasına yönəlib. Bu baxımdan Azərbaycan gəncləri adından deyə bilərəm ki, bu gün həyata keçirlən əksər layihələr gənclər üçün çox lazımi və faydalıdır ”.

Teleqraf.com-un xəbərinə görə, bu sözləri Milli Məclisin bugünkü axşam iclasında iclasında çıxış edən deputat Fuad Muradov deyib. O, işsizliklə bağlı məsələlərdən danışarkən bildirib ki, Azərbaycan Avropa ölkələri olan İtaliya, İspaniya, Yunanıstanla müqayisədə uğurlara imza atıb.

Fuad Muradov qeyd edib ki, işsizliklə bağlı bəzi həqiqətləri vurğulamaq lazımdır: “Almaniyada işsizliyin qarşısı daha çox elmi-innovativ istiqamət üzrə alınıb. Azərbaycan gəncləri üçün bu gün elmlə məşğul olmaq üçün şərait yaradılmır. Bizim əsas məqsədimiz elmi cəlbedici olmalıdır. Bunu sadəcə olaraq büdcədən maliyyəsini artırmaqla heç nəyə nail olmayacağıq. Əksər hallarda elmi institutlarda bütün inzibati vəzifələr çox yaşlı insanları öz sırasında saxlayıb. Onlar gənclərə imkan vermir ki, orda müəyyən innovativ işlərlə məşğul olsunlar. Eyni zamanda Dövlət Sosial Müdafiə Fondunun təqdim etdiyi büdcədə işsizliyə görə 6 milyon vəsait ayrılıb. Bilmək istərdim ki, bu məbləğ necə müəyyən edilir və hansı prioritet üzrə bölünür”,-deyə deputat söyləyib.

Milli Məclis üzvü qeyd edib ki, 2015-ci ilin dövlət büdcəsindən hamiləliyə və doğuşa görə 24 milyon, uşağın anadan olmasına görə 6 milyon, 3 yaşına çatana qədər uşaqların qulluğuna görə 8 milyon vəsait ayrılır. “Dünyada belə bir təcrübə var ki, uşağın anadan olmasına görə birdəfəlik sanballı maliyyə ayırmaq lazımdır. Birədəfəlik bu adam planlaşdırmalıdır ki, onun uşağı anadan olandan sonra müəyyən məbləğdə vəsait alacaq. Biz anadan olan uşaq üçün 6 milyon, dəfn üçün isə 13 milyon 434 min manat pul ayırırıq. Azərbaycanda demoqrafik situasiya onu göstərir ki, ölkədə daha çox artım var. Artım olan halda dəfn və uşağın anadan olması üçün müəyyən edilən vəsaitlərdəki bu qədər fərq nəyə lazımdır?”

Bununla yanaşı, deputat vurğulayıb ki, Qarabağ əlilləri ilə bağlı mütləq xüsusi yanaşmaya ehtiyac var. “Qarabağ əlilləri, veteranları ilə bağlı proqramları inkişaf etdirməliyik. Bunlar hamısı işsizliyin aradan qaldırılması, dövlət tərəfindən qayğının artırılması həm də inkişafla bağlı sürəti artıran amildir. Bu baxımdan bizim bütün istiqamətimiz məhz büdcənin gücləndirilməsi, onun dövlət tərəfindən düzgün həyata keçirilməsi və eyni zamanda nəzarətindən ibarət olmalıdır. Sosial Müdafiə Fondu müavinətlərin verilməsi istiqamətində kadr siyasətinə çox ciddi yanaşmalıdır. Mən düşünürəm ki, Sosial Müdafiə Fondu sahə işçiləri, rəisləri ilə bağlı xüsusi işlər aparmalıdır ki , onlar insanlarla davranışlarına fikir versinlər. Bu gün bizə təqdim edilən büdcə Azərbaycanın uğurlu büdcəsidir. Dünyada, xüsusən də Avropa ölkələrində maliyyə-iqtisadi böhran davam edir. Hələ də bu proses uzun çəkəcək”.

Nihad


Müəllif:

Oxşar xəbərlər