10 Fevral 2022 19:46
388
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzi kütləvi informasiya vasitələrində Masallı rayon prokuroru Vəli Mustafayevin xidməti vəzifəsindən azad edilərək prokurorluq orqanlarından xaric edilməsi ilə bağlı informasiyalar yayılıb.

Bu barədə Baş Prokurorluqdan Teleqraf.com-a daxil olan məlumatda deyilir.

"Qeyd edilən məlumatlar tərəfimizdən təkzib edilməklə bildiririk ki, həqiqətə uyğun olmayan, müvafiq dövlət qurumu ilə dəqiqləşdirilməmiş, eləcə də ictimaiyyətdə çaşqınlıq yaratmağa yönəlmiş məlumatların yayılması qanunvericiliklə qadağan olunduğundan həmin media subyektləri barəsində qanunamüvafiq tədbirlərin görülməsi təmin ediləcəkdir", - deyə məlumatda bildirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər