18 Fevral 2022 12:00
504
12 Punto 14 Punto 16 Punto 18 Punto

İşğaldan azad edilən ərazilərimizin qazlaşdırılması ilə bağlı layihələndirilmə işlərinə başlanıb.

Teleqraf.com-un məlumatına görə, bunu “Azəriqaz” İstehsalat Birliyinin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov deyib.

Şöbə rəisi qeyd edib ki, ilk olaraq Şuşa və Ağdam şəhərlərinin qazlaşdırılması nəzərdə tutulub: "Bununla əlaqədar olaraq həm magistral qaz xətlərinin çəkilməsi, eyni zamanda şəhərdaxili qaz xətlərinin şəbəkəsinin qurulması üçün layihələndirilmə işlərinə başlanılıb. Artıq həm Şuşa, həm də Ağdam üzrə yeni çəkiləcək qaz xətlərinin marşrut və dəhlizləri müəyyən edilib və sənədlər Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim edilib".

Teymur Cəfərov həmçinin mart ayında layihləndirmə işlərini başa çatdırmağı planlaşdırdıqlarını vurğulayıb: "Layihələndirmə işləri başa çatdırıldıqdan sonra maliyyə ayrılacaq və Şuşa şəhərinin qazlaşdırılması ilə bağlı daxili şəbəkənin quraşdırılması işlərinə başlanacaq".


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər