2 Mart 2022 21:05
1 073
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabunçu rayonu Pirşağı qəsəbəsi 2-ci sovxoz adlanan yaşayış massivində yaşayan Yalçın Məmmədov redaksiyamıza yerli icra nümayəndəliyinin fəaliyyətindən şikat edib.

Teleqraf.com xəbər verir ki, Y.Məmmədov ona məxsus həyət evinin çölünə, daha doğrusu, yol kənarına çəkdiyi beton maneənin (bordyur) yerli icra nümayəndəliyi tərəfindən söküldüyünü bildirib.

"Hasarın çölünə ağaclar əkmişdim. Onları mal-qara yeməsin deyə asflatın kənarına beton maneə çəkmişdik. Məhərrəm adlı icra nümayəndəsi ustalardan mənə xəbər göndərmişdi ki, gedim onu "görüm" sonra işi görüm. Mən də onu "görmədim". Bir neçə gün öncə ekskavatorla gəlib söküblər. Hasarın kənarının abadlaşdırılması üçün xeyli xərc çəkmişdim. Sizə təqdim etdiyim videodan da görünür ki, icra nümayəndəsi özbaşına mənim həyətimə girib. Mənə deyir ki, icra nümayəndəsiyəm istədiyim həyətə icazəsiz girmək hüququm var. Onun bu əməlindən rayon icra hakimiyyətinə, digər qurumlara şikayət edəcəm".

İcra nümayəndəliyindən Teleqraf.com-a bildirib ki, vətəndaş Y.Məmmədov yol kənarına hasar çəkmək istəyib ki, bu da qanuna ziddir: "Ona öncədən məlumat vermişdik ki, yolun kənarına hasar çəkməsin. Bordyurların sökülməsi tam qanunidir".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər