“Ukraynadakı durum ciddi narahatlıq yaradır. İtkilərin sayı durmadan artır. Azərbaycan və Türkiyə burada çox məsuliyyətli mövqe sərgiləyir”.
Teleqraf.com-un xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
“Məsələnin dialoq və sülh yolu ilə həlli istiqamətindəki çağırışlar da buna nümunədir. Tərəflər arasındakı danışıqların davam etdirilməsi vacibdir”, - nazir vurğulayıb.
Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov martın 2-də BMT-nin İnsan hüquqları üzrə Şurasının 49-cu iclasında videoformatda çıxışı zamanı Rusiya və Ukraynanı dialoqa çağırmışdı.