Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları şəhərin küçə və prospektlərində dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə əlaqədar reyd keçiriblər.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, şəhərin müxtəlif nöqtələrində dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri yol polisi əməkdaşları tərəfindən müəyyən olunub. Onlarla maarifləndirici söhbətlər aparılıb və 25 sürücü barəsində inzibati protokol tərtib edilib.
Bu istiqamətdə tədbirlər növbəti günlərdə də davam etdiriləcək.