Meyvələrin insan xarakterindən xəbər verdiyini bilirdinizmi? Psixologiyamızdan, xarakterimizdən xəbər verən nəsnələr arasında qidalar da yer alır.
Teleqraf.com ən çox sevdiyiniz meyvəyə görə xarakterləri təqdim edir.
Portağal - əgər sevdiyiniz meyvə portağaldırsa, sonsuz səbrli, iradəli xarakterə malik olan bir insansınız. İşlərinizi daha səbrli görürsünüz və hər addımı düşünərək atırsınız. İşləməkdən əsla bezmir, hətta zövq alırsınız. Portağalı sevən insanlar, sizə asanlıqla etibar etmək mümkündür.
Alma - sözünü deməyi bacaran sərt və səbriz bir insansınız. Yaxşı bir təşkilatçı olmasanız da, bu sizin gaxşı rəhbər olmayacağınız mənasını kəsb etmir. Tez qərar vermə və geriyə addım atmaqda çox ustasınız. Həyata qarşı daima optimist fikirli insansınız.
Banan - bu insanlar səmimi və duyğulu insanlardır. Utancaq təbiətli və öz güvəni olmayan xarakterə malikdirlər. Belə insanları aldatmaq daha asandır. Tərəf müqabilini tanıdıqca sevə bilən insansınız.
Gilas - enişli-yoxuşlu bir həyatınız var. Bu insanlar daima xəyal qururlar və yaradıcılıq qabiliyyətləri çox güclüdür. Sadiq bir insansınız və duyğularınızı ifadə etməkdə həmiçə çətin anlar yaşayırsınız.
Üzüm - mülayim xarakterə maliksinizç bəzən özünüzdən tez çıxır, amma bunu tezliklə aradan qaldırırsınız. Çox səmimi, eyni zamanda gördüyünüz işdən zövq alab birisiniz. İnsanlar sizinlə bir yerdə olmaqdan heç vaxt bezmirlə. Çünki onlar sizin dəyərli məsləhətlərinizə hər zaman ehtiyac duyurlar.
Şaftalı - nikbin xarakterə maliksiniz, yaşamağı sevirsiniz. Dostlarınız sizin üçün çox əhəmiyyətlidir. Baş verən hadisələri böyütürmür və asanlıqla bağışlayırsınız. Sözünü deməyi bacaran birisiniz. Hər bir işə həvəslə yanaşmağınız sizin sonunda qalib olmağınızla nəticələnir.
Heyva - mühafizəkar bir xarakterə maliksiniz. Dərin düşüncəli və diqqətli bir insan olduğunuza görə heç bir işi tələsik etmirsiniz. Tutduöunuz işi bacaran və insanların səhvlərini vaxtında görə bilirsiniz. Tərəf müqabilinizi seçərkən onun xarici görünüşündən çox zəkasına önəm verirsiniz.
Armud - bu insanlar ağıllarına qoyduqları hər bir şeyi yerinə yetirirlər. Dəyişkən birisiniz və başladığınız işi bitirməkdə çətinlik çəkirsiniz. Əməyinizin qarşılığını tezliklə görmək və gələcəkdə baş verən hadisələrdən xəbərdar olmaq istəyirsiniz. Tezliklə dostluq əlaqələri yaratmaq qabiliyyətinə maliksiniz və bunu davam elətdirməkdə çətinlik çəkirsiniz.
Əncir - hər şeyi dərindən düşünən və həssas bir insansınız. İctimaiyyət arasında olmağı xoşlasanız da, hər zaman məsafə saxlamağı bacarırsınız. Açıq gözlü, baş verə bilən hadisələri anında hiss edə bilən, eyni zamanda inadkar bir insansınız. İş həyatında rəhbərliyin diqqətində olmağı üstün tutursunuz.
Yemiş - mülayim xarakterli olmağınız sizin insani keyfiyyətlərinizdən xəbər verir. Başınıza gələn hadisələrə bədbin yanaşmırsınız və bu hadisələri tezliklə ötüb keçəcəyini düşünürsünüz. Əyləncəli cə mərd bir insan olduğunuza görə insanlar sizdə tərəf yönəlir. İş həyatında istəyinizə nail olmağı bacaran birisiniz. Yeni insanlarla tanışlıqdan məmnunluq duyursunuzç tərəf müqabilinizə ən təsiredici silahınız yumor hissinizin güclü olmasıdır.