Yaxın 2 gün ərzində Abşeron yarımadasında soyuq, diskomfort hava şəraiti bəzi meteohəssas insanlarda naharatlıq hissi yarada bilər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Teleqraf.com-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında noyabrın 25-də soyuq, arabir yağıntılı hava şəraiti davam edəcək. Mülayim şimal küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 4-6, gündüz 6-8 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında hava arabir yağıntılı olacaq, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacaq. Bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək.
Aran rayonlarında havanın temperaturu gecə 1-6, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.