“Palmali” Şirkətlər Qrupuna məxsus general Polad Həşimovun adını daşıyan nəhəng gəmi suya buraxılır.
Teleqraf.com xəbər verir ki, təntənəli mərasim Yalovada Doğruyol tərsanəsində baş tutur.
Gəminin yola salınma mərasimində Polad Həşimovun anası Səmayə Həşimova, Azərbaycan və Türkiyədən qonaqlar iştirak edirlər.
Gəmi 140 metr uzunluğunda, 17 metr enində və 7 min 500 DWT daşıma qabiliyyətindədir.
Qeyd edək ki, şirkətin prezidenti Mübariz Mənsimovun qərarı ilə bundan sonra “Palmali”nin gəmiləri Vətən uğrunda savaşlarda canlarından keçən, qəhrəmancasına həlak olmuş şəhidlərimizin adlarını daşıyacaq.