25 Noyabr 2014 02:07
964
12 Punto 14 Punto 16 Punto 18 Punto
Son zamanlarda Uludağ Universitetində eşşək südünün xərçəng xəstəliyinin müalicə olunmasında əhəmiyyəti araşdırılır. Araşdırma nəticəsində əldə edilən ilkin nəticələr isə olduqca uğurludur. Bu nəticələrə əsasən, eşşək südü xərçəng xəstəliyinin inkişafına xidmət edən hüceyrələrin inkişafının qarşısını alır.

Hər birimizə məlum olduğu kimi xalq təbabətində eşşək südünün bir çox xəstəliklərin dərmanı olması haqqında geniş fikirlər yayılıb. Bu gün Avropa təbabətində isə eşşək südündən bir çox kosmetik vasitələrin tərkibində istifadə edilir.
Araşdırmanı həyata keçirən komandanın üzvlərindən Çetin Akcanın sözlərinə görə, onlar eşşək südünün tozlaşdırılmış formasından hüceyrələr üzərində istifadə ediblər. Bu zaman məlum olub ki, eşşək südü xərçəng xəstəliyi üçün zərərli hesab edilən hüceyrələrin inkişafının qarşısını alır, sağlam hüceyrələrin inkişafı üçün isə heç bir təhlükə yaratmır.
Eyni zamanda araşdırmaçıların sözlərinə görə, eşşək südünün tərkibindəki lizozim fermentləri ana südündəki fermentlərin sayından üç dəfə çoxdur. Bu maddələr isə bakteriyaların yayılmasının qarşısını alır. Eyni zamanda bu mayenin tərkibində olan laktoferin maddəsi yaraların sağalmasını sürətləndirir.
Mütəxəssislərin sözlərinə görə, bunu hələ yekun nəticə hesab etmək olmaz. Araşdırmanın davamı olaraq süd siçanlar üzərində də sınaqdan keçiriləcək. Bu mərhələdən sonra dəqiq hansısa qərara gəlmək mümkün olacaq.

Müəllif:

Oxşar xəbərlər