25 Noyabr 2014 12:00
711
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il respublikanın ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 92 min 643 abituriyent iştirak edib.

Teleqraf.com-un məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının bu gün keçirdiyi mətbuat konfransında məlumat verilib.


Abituriyentlərdən 1727 nəfəri 600 baldan yuxarı nəticə göstərib. Yüksək ballılar respublikanın, demək olar, bütün şəhər və rayonlarını, o cümlədən bəzi kənd məktəblərini təmsil edirlər. Yüksək nəticə göstərənlər I qrupda 488, II qrupda 435, III qrupda 401, IV qrupda 403 nəfərdir. 9 nəfər isə maksimal nəticə (700 bal) göstərib. Onlardan 5‐i I qrupun, 2‐si II qrupun, 2‐si isə IV qrupun abituriyentləridir.

Ümumilikdə builki qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan 1727 abituriyentin 379 nəfəri, yəni rekordçuların 21,98 faizi Azərbaycan Tibb Universitetinə daxil olub. Bu sırada sonrakı yerlərdə 13,17 faizlə Bakı Dövlət Universiteti, 12,30 faizlə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, 11,66 faizlə Azərbaycan Diplomatiya Akademiyası və digər ali məktəblər tutur.

Bu il 600-dən yuxarı bal toplayanlar sırasında mülki ali təhsil müəssisələri ilə yanaşı, xüsusi təyinatlı ali təhsil müəssisələrinə daxil olanlar da var. Belə ki, TQDK-nın təşkil etdiyi sonuncu imtahanlarda 600 və daha çox bal toplamış 1727 abituriyentdən 35 nəfəri (yüksək ballıların 2,03 faizi) xüsusi təyinatlı ali təhsil müəssisələrinə, 5 nəfəri (yüksək ballıların 0,29 faizi) isə Türkiyə universitetlərinə daxil olub.


Müəllif: