17 May 2022 15:53
513
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Birlikdə işləməli, əməkdaşlığı artırmalıyıq”.

Teleqraf.com xəbər verir ki, bunu Pakistan Milli Assambleyasının sədri Raca Pərviz Əşrəf İƏT Parlament Assambleyasının Bakıda keçirilən Üçüncü Konfransında çıxış edərkən deyib.

Pakistanlı spiker deyib ki, regionumuz üçün ümumi rifahın yeni səhifəsini yaratmağa dəstək olmalıyıq:

“İki il əvvəl COVID-19 pandemiyası baş verdi. Biz kollektiv şəkildə işləməliyik. Pandemiyadan sonra bərpa işləri həyata keçirilməlidir. İqtisadi tərəqqi üçün azadlıq vacibdir".

Spiker bildirib ki, Əfqanıstan tezliklə İƏT-ə qayıdacaq, buna ümid edirəm:

“Dünya varlar və yoxlar arasında bölünməyə davam edərsə, yaşamaq üçün münasib yer olmayacaq. Regional əməkdaşlıqdan danışarkən Kəşmir xalqının acınacaqlı vəziyyətdə yaşamasına necə göz yuma bilərik? Burada Əfqanıstandan olan həmkarlarımızın yeri görünür. Ümid edirəm ki, onlar tezliklə yanımızda olacaq. İƏT birlikdə maneələri aradan qaldırmalıdır. Bunun üçün bütün əsaslarımız var. Biz İƏT ölkələri parlamentləri olaraq əlaqələri gücləndirməli, poblemlərin həlli yollarını tapmalıyıq”.


Müəllif: Nemət

Oxşar xəbərlər