29 May 2022 19:00
551
12 Punto 14 Punto 16 Punto 18 Punto

“TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalının sonuna gəldik. Festival bitdiyi üçün hüznlü olsaq da, qardaşlığımız möhkəmləndiyi üçün sevincliyik.

Teleqraf.com xəbər verir ki, bunu bunu “Baykar” şirkətinin texniki direktoru və “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalının İdarə Heyətinin sədri Səlcuq Bayraktar “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalının bağlanış mərasimində deyib:

"Ümidvaram ki, növbəti illərdə"TEKNOFEST"i Şuşada keçirəcəyik. İnanıram ki, bu festival həyatımıza müsbət məna qatacaq. Dünən Azərbaycanın müstəqillik gününü, bu gün isə İstanbulun fəthinin 569-cu ilini qeyd edirik. Bu möhtəşəm festivalı təşkilində rolu olan rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm".

Səlcuq Bayraktar hər kəsi avqust ayında Qaradəniz - Samsunda keçiriləcək "TEKNOFEST"ə dəvət edib.


Müəllif: Aysel Azad