1 İyun 2022 11:28
324
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Mərkəzdən Teleqraf.com-a bildirilib ki, hazırda paytaxt yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:

1. Ziya Bünyadov prospektinin, Ələsgər Qayıbov küçəsi ilə kəsişməsindən başlayaraq, Çermet yol ötürücüsü üzərindən, DİN Hospitalın qarşısına qədər olan hissəyə qədər - əsas yolda, 20 Yanvar dairəsi istiqamətində sıxlıq davam edir.

2. Bakı – Sumqayıt şossesində, Masazır dairəsi istiqamətindən başlayaraq, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısına qədər, 20 Yanvar dairəsi istiqamətində sıxlıq müşahidə olunur.

3. Moskva prospektində, əsas yol və köməkçi yolda, 20 Yanvar dairəsi istiqamətində sıxlıq müşahidə olunur.

4. Binəqədi şosesində, əsasən Biləcəri – Baksol yolu ilə kəsişməyə qədər, şəhər istiqamətində sıxlıq müşahidə olunur.

5. Koroğlu Rəhimov küçəsində, Akademik Həsən Əliyev küçəsi istiqamətində sıxlıq müşahidə olunur. Sıxlıq əsasən, Fətəli xan Xoyski prospekti ilə kəsişmə olan hissədəki yerüstü piyada keçidə qədərdir.


Müəllif: Teleqraf.com