6 İyun 2022 15:05
554
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində kütləvi informasiya vasitələri ilə əlaqələrə yeni məsul şəxs təyin edilib.

Teleqraf.com xəbər verir ki, bu vəzifə məhkəmənin hakimi Telman Hüseynova həvalə olunub.

Qeyd edək ki, daha əvvəl sözügedən məhkəmədə kütləvi informasiya vasitələri ilə əlaqələrə məsul şəxs hakim Əfqan Hacıyev idi.

O, bir müddət əvvəl 65 yaşının tamam olması ilə əlaqədar təqaüdə göndərilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər