8 İyun 2022 08:17
963
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika prezidentinin oğlu Hunter Baydenin əlində silah fahişə ilə çılpaq fotoları yayılıb.

Teleqraf.com xəbər verir ki, fotolar "New York Post" qızetində dərc edilib.

“New York Post” qəzetində prezidentin oğlunun bu davranışı, xüsusən də Co Baydenin ABŞ-da insanların ölümünün qarşısını almaq üçün Konqresi silahlara nəzarət üzrə yeni tədbirlər görməyə çağırması fonunda ləyaqətsiz hesab edilib. Nəşr həmçinin bildirir ki, Hunter bu silahları qeyri-qanuni yollarla əldə edib.

Bundan əvvəl Hunter Bayden narkotik aludəçiliyi və alkoqolizmdən əziyyət çəkdiyini dəfələrlə etiraf edib. Bu aludəçiliyə görə 2014-cü ildə ABŞ Hərbi Dəniz Qüvvələrindən qovulub və 2017-ci ildə Ketlin Bouletdən boşanıb.

Daha sonra xərçəngdən vəfat edən qardaşı Bo-nun dul qalan həyat yoldaşı ilə sıcaq münasibətdə olarkən yaxalanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər