8 İyun 2022 09:50
775
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial şəbəkədə Azərbaycan Tibb Universitetində (ATU) geyim qadağasının tətbiq olunması ilə bağlı foto yayılıb.

Elanda tələbələrin universitetin kitabxanasına mayka və şortikdə gəlməsinin qadağan olduğu qeyd edilir.

Teleqraf.com məsələ ilə bağlı universitetin mətbuat xidməti ilə əlaqə saxlayıb.

Ali məktəbdən faktı təsdiqləyiblər: "Bəli, belə bir elan var, haqlı qərardır, qeyri-adi hal yoxdur. Tamamilə etikdir, cəmiyyət qaydalarına dəvətdir. Hətta ictimai yerlərdə də geyim normativ qaydaları var. Bura təhsil müəssisəsidir, daxili nizam-intizam qaydaları var. Bu qaydalara uyğun olaraq müəyyən məsələlərin tənzimlənməsi normal haldır. Biz bu məsələyə də tələbələrin dərsə davamiyyəti kimi baxırıq. Dünyanın ən demokratik hesab olunan dövlətlərində də ictimai yerlərdə, həmçinin təhsil müəssisələrində müəyyən geyim kodeksləri var.

Belə bir ifadə var: "Bir insanın azadlığı digərinin hüquqları başlayan yerə qədərdir". Kiminsə hansısa geyimi özü üçün məqbul hesab etməsi digərinin etirazı ilə normal yanaşma həddinə qədərdir. Bir tələbənin tərzinə digər tələbənin etirazı ola bilər. Bir tələbə istədiyi kimi geyinəcək deyə digərlərini görməzdən gələ bilmərik".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər