8 İyun 2022 12:34
469
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xarici İşlər Nazirliyi İrana başsağlığı verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan XİN-in tviterində qeyd olunub:

“İranda sərnişin qatarının relsdən çıxması nəticəsində insan ölümü ilə nəticələnən qəza xəbəri bizi çox kədərləndirdi. Qəza nəticəsində həlak olanların yaxınlarına və ailələrinə, İran xalqına dərin hüznlə başsağlığı verir, yaralılara Allahdan şəfa diləyirik”.

Xatırladaq ki, İranın şimal-şərqində yerləşən Tabas şəhərindən təxminən 50 km aralı Mazinou dəmiryol stansiyasında sərnişin qatarının relsdən çıxması nəticəsində azı 17 nəfər ölüb, 50-yə yaxın sərnişin yaralanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər