9 İyun 2022 10:17
590
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə Sənayesi Nazirliyinə məxsus “Şirvan Araz Zavodu” MMC-nin poliqonunda hərbi sursat partlayışı ilə bağlı cinayət işi başlanıb.

Teleqraf.com-un məlumatına görə,faktla bağlı Cinayət Məcəlləsinin 162.1-ci (Əmək mühafizəsi qaydalarını pozma) maddəsi ilə cinayət işi açılıb. İstintaq aparılır.

Qeyd edək ki, iyunun 8-də Müdafiə Sənayesi Nazirliyinə məxsus “Şirvan Araz Zavodu” MMC-nin poliqonunda hərbi sursat partlayıb.

Nazirliyin yaydığı məlumatda qeyd olunur k, sınaq zamanı 60 mm-lik minaatan partlayıb.

"Bir nəfər - Almazov Razi əlindən və bud nayihəsindən xəsarət alıb. Şirvan şəhər xəstəxanasından həkimlər həyati qorxusunun olmadığını bildiriblər", - məlumatda bildirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər