9 İyun 2022 15:15
286
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 9-da Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov “Efes-2022” çoxmillətli təliminin sonuncu günündə icra olunan tapşırıqları izləyib.

Bu barədə Teleqraf.com-a Müdafiə Nazirliyindən məlumat verilib.

Yüksək səviyyəli qonaqlar qismində təlimi izləmək üçün Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan poliqona gəlib.

Təlim iştirakçıları snayper atışları, mühüm əhəmiyyətə malik hədəfin ələ keçirilməsi, eləcə də dəniz piyadalarının sahil obyektinə basqın tapşırıqlarını yerinə yetiriblər.

Əlahiddə Ümumqoşun Ordudan və Hərbi Dəniz Qüvvələrindən bir qrup hərbi qulluqçumuzun da cəlb edildiyi beynəlxalq təlimdə iştirakçılar yüksək peşəkarlıq nümayiş etdiriblər.

Xatırladaq ki, təlimdə Z.Həsənovla yanaşı Azərbaycanın Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev də iştirak edib.

***

14:13

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Efes-2022” çoxmillətli təliminin müşahidəçilər günü çərçivəsində təlimləri izləyib.

Teleqraf.com xəbər verir ki, təlimlər İzmir vilayətində davam edir.

Qeyd edək ki, mayın sonlarında başlanmış təlimə Azərbaycan Əlahiddə Ümumqoşun Ordudan və Hərbi Dəniz Qüvvələrindən bir qrup hərbi qulluqçu da cəlb edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər