10 İyun 2022 17:03
724
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi iqlim dəyişiklikləri ilə bağlıdır.

Teleqraf.com xəbər verir ki, bunu Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov deyib.

O bildirib ki, 2005-ci ildən Xəzərin suyunun geri çəkilməsiniı daha çox müşahidə etməyə başlamışıq.

"Xəzərə tökülən çaylarda suyun azalması müşahidə olunur. Bunlar qlobal istiləşmənin təsiridir. Bu dənizdə yaşayan canlıların qida zəncirinin azalmasına gətirib çıxardır. Bu vəziyyət davam etməkdədir".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər