11 İyun 2022 12:44
685
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycanda təhsil alanların öyrənmə xüsusiyyəti ilə bağlı bir dənə də olsa elmi iş yoxdur".

Teleqraf.com xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Gənc müəllimlərin II Forumunda deyib.

Nazir vurğulayıb ki, 1990-cı illərdə ölkənin çətin dövrlərində bəzi müəllimlər məktəblərə qeyri-qanuni şəkildə yol tapıb:

“Bu gün Azərbaycan təhsili bundan əziyyət çəkir. Artıq vaxtı çatıb ki, ayırd etməni aparaq. Biz bu gün aparılan diaqnostik qiymətləndirmə ilə bu kimi halları aradan qaldırmağa çalışırıq. Təbii ki, təkmilləşməyə ehtiyacı olan müəllimlər də təkmilləşmə kurslarına cəlb olunacaq”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər