14 İyun 2022 11:11
424
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Məktəbli formalarının olması tənzimləyici qaydadır. Yəni hər bir məktəb özü daxildə bu qərarı verməlidir. Sadəcə qərarı verəndə qaydada nəzərdə tutulan məktəbli formalarından istifadə etməlidirlər".

Teleqraf.com xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, qaydanın məqsədi daha çox məktəbli formaları ilə bağlı qərar verdikdə hansısa seçimə şərait yaratmaqdır: "Hesab edirəm ki, vahid məktəbli formasına keçid tədricən olacaq. Təbii ki, əhalinin sosial vəziyyətini və istiqamətdə addım-addım getmək istəyirik. İnandığımız odur ki, şagirdlərin vahid və müxtəlif çalarları olan məktəbli formasına keçməsi müsbət hal olacaq, eyni zamanda məktəb daxilində istər müəyyən sosial bərabərsizliklərin görülməsinə, istərsə də davranış dəyişikliklərinə təsirini göstərmiş olacaq".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər