15 İyun 2022 16:24
382
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu il ərzində həm Azərbaycan, həm də Türkiyədə 20-dən çox birgə təlimin keçirilməsi planlaşdırılıb. Artıq bunların bir neçəsi icra edilib".

Teleqraf.com xəbər verir ki, bunu müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-leytenant Ənvər Əfəndiyev "Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir" mövzusunda Şuşada keçirilən konfransda deyib.

O bildirib ki, belə təlimlərin hərbi əməkdaşlıq və xalqlarımız arasındakı qardaşlığın gücləndirilməsi baxımından çox böyük əhəmiyyəti var.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər