16 İyun 2022 15:48
380
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir qrup xarici səyyah və bloger Şuşa şəhərində olub.

Teleqraf.com xəbər verir ki, onlar Azərbacanın görkəmli nümayəndələri olan Natəvan, Bülbül və Üzeyir Hacıbəyovun gülləboran edilmiş heykəllərinin yerləşdiyi şəhərini mərkəzi meydanında olublar.

Daha sonra onlar Xurşidbanu Natəvanın evinə, həmçinin Şuşa qala divarlarına və Cıdır Düzünə baş çəkiblər.

Səyyahlara şəhərin tarixi haqqında məlumat verilib. Onlar işğal altında olarkən Şuşada törədilmiş dağıntıları gözləri ilə görüb, aparılan bərpa işlərinin gedişi ilə tanış olublar.

Xatırladaq ki, bu gün bir qrup tanınmış xarici səyyahın Azərbaycanın azad edilmiş ərazilərinə səfəri başlayıb. Ukrayna, Macarıstan, Hindistan, İsveç, Türkiyə, Danimarka, Almaniya, ABŞ, İspaniya və Sinqapurdan olan 24 səyyah üç gün ərzində Azərbaycanın azad edilmiş ərazilərində səfərdə olacaq.

Nümayəndə heyəti daha sonra Ağdama, Kəlbəcərə və Laçına gedəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər