17 İyun 2022 12:16
882
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parlament “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsini ikinci oxunuşda müzakirəyə çıxarıb.

Teleqraf.com xəbər verir ki, mövzu ətrafında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili çıxış edib.

Komitə sədri deyib ki, ötən ilin büdcəsinin gəlirləri və xərcləri ilə bağlı əsas parametrləri və göstəriciləri ilə bağlı birinci oxunuşda kifayət qədər geniş məlumat verilib.

Xatırladıb ki, 2021-ci ilin Dövlət Büdcəsi proqnozdan 969 milyon manat artıq, xərcləri isə 1 milyard 120 milyon manat qənaətlə yerinə yetirilib, ÜDM 5,6% artıb. O, büdcənin icrasının müzakirələrinin ikinci oxunuşun tələblərinə uyğun olaraq bir qədər fərqli formada və detallı təşkil edildiyini, büdcənin ortamüddətli xərclər çərçivəsində və nəticə əsaslı büdcə olaraq daha geniş şəkildə nəzərdən keçiriləcəyini diqqətə çatdırıb.

Qeyd edək ki, 2021-ci ildə vergi daxilolmaları 8,5 milyard manat təşkil etməklə, proqnoza 117,6% əməl olunub və bununla da 1 milyard 279 milyon artıq vəsait toplanıb. Vergi daxilolmalarının büdcədə payı 32,3% təşkil edib.


Müəllif: Nemət

Oxşar xəbərlər