18 İyun 2022 12:14
661
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev iyun ayının 20-də, saat 11:00-da Biləsuvar rayon Heydər Əliyev Mərkəzində (Biləsuvar şəhəri, Mübariz İbrahimov küç. 213) Biləsuvar, Cəlilabad və Cəbrayıl rayonlarından olan vətəndaşları qəbul edəcək.

Teleqraf.com bu barədə Komitəyə istinadən xəbər verir.

Bildirilib ki, qəbulda yalnız gömrük məsələləri ilə bağlı müraciətlər dinləniləcək.

Məlumata görə, qəbulda iştirak etmək istəyən vətəndaşlar "195" Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq və yaxud Komitənin rəsmi internet səhifəsinin "Müraciətlər" və "Virtual qəbul" bölmələrindən daxil olmaqla (https://customs.gov.az/az/muracietler/sedre-mektub/) qəbula yazıla bilərlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər