22 İyun 2022 12:15
439
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İqtisadi və sosial vəziyyəti ötən illə müqayisə etsək, inkişafı görməmək mümkün deyil. İqtisadiyyatın bərpası ilə bağlı məsələlər cari ildə də özünü göstərib. Cari ilin yanvar-fevral ayında büdcə artımı qeydə alınmışdı. 2022-ci il ərzində dövlətin müdafiəsi və təhlükəsizliyi, işğaldan azad edilən ərazilərin bərpası, ərzaq təhlükəsizliyinin nəzərə alınması vacibdir”.

Teleqraf.com xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı deputat Rəşad Mahmudov bildirib.

Deputat qeyd edib ki, ölkədə və dünyada baş verən vəziyyət, ölkənin iqtisadi uğurlarını nəzərə alaraq təhsil və səhiyyəyə ayrılan vəsaitin Ümumi Daxili Məhsulun 10 faizə çatdırılması yaxşı olardı.

Onun sözlərinə görə, bu istiqamətlərdə addım atılmasına ehtiyac var: “Mən büdcə zərfinə daxil olan sənədləri dəstəkləyəcəyəm”.


Müəllif: Nemət

Oxşar xəbərlər