1 Dekabr 2014 14:39
829
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kosmik peyklərlə bağlı işlər gedir və Azərbaycan bunu yeni qəbul olunmuş dövlət proqramına uyğun həyata keçirir”.

Teleqraf.com xəbər verir ki, bunu rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə sabah Bakıda baş tutacaq XX Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya və informasiya sərgisinin açılışına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hazırda növbəti peyklərin buraxılması istiqamətində işlər aparılır: “Xüsusilə də növbəti telekommunikasiya peykinin buraxılması üçün tender hazırlığı gedir. Bunun üçün biz yer səthinin monitorinqini aparırıq. Bunun səbəbi də peykin buraxılması üçün əlverişli mühitin formalaşmasını öyrənməkdir. Bu peyk aşağı orbitli peyk olacaq və bu tenderin nəticəsi barədə yaxın vaxtlarda məlumat veriləcək”

İlhamə


Müəllif:

Oxşar xəbərlər