28 İyun 2022 13:38
565
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyul ayında bayramla əlaqədar qeyri-iş günləri məlum olub.

Teleqraf.com xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, iyulun 9, 10-u Qurban bayramı günləri müəyyən edilib.

İyulun 9-u və 10-u şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən, iş və istirahət günlərinin yeri dəyişdiriləcək. İyulun 11-i və 12-si qeyri-iş günü olacaq.

Beləliklə, iyul ayının 9-dan 12-dək bayramlarla əlaqədar ardıcıl qeyri-iş günü olacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər