28 İyun 2022 14:30
334
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisinin deputatı Tamam Cəfərova vətəndaşların müraciətlərinə operativ baxılmasını təmin etmək məqsədilə Şamaxı rayonunda növbəti səyyar vətəndaş qəbulu keçirib.

Teleqraf.com xəbər verir ki, Şamaxı rayonunun Keçməddin kənd sakinlərinin sosial şəbəkədən etdikləri müraciətə həssaslıqla yanaşan millət vəkili kənd sakinlərinin problemlərini yerində araşdırıb.

Keçməddin kənd sakinlərinin başlıca problemi odur ki, sel sularının əmələ gətirdiyi enli yarğan kəndin ərazini 2 hissəyə bölüb və evlərin bir hissəsinin kənd yoluna çıxışı bağlanıb. Kənddə əsas problemlərdən biri də elektrik dirəklərinin və kabellərinin qəzalı vəziyyətdə olmasıdır.

Bununla bağlı kənd sakinlərinin müraciətlərini qeydə alan milllət vəkili Tamam Cəfərova tərəfindən mövcud vəziyyətlə əlaqədar aidiyyatı qurumlar qarşısında qanunvericiliyin tələblərinə uyğun şəkildə məsələ qaldırılacağı bildirilib.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər