Dekabrın 2-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Silahlı Qüvvələrin Hərbi Akademiyasının magistraturasına qəbul imtahanının I mərhələsini keçirir.
TQDK-nın Mətbuat Xidmətindən teleqraf.com-a verilən məlumata görə, imtahan Bakı şəhərində 1 binada 11:00-da başlanacaq və 2 saat 30 dəqiqə ərzində aparılacaq.
İmtahanda iştirak etmək üçün 100 nəfər namizəd qeydiyyatdan keçmişdir.
İmtahanda namizədlərin test üsulu ilə məntiqi təfəkkürü, informatika və xarici dil bilmə səviyyəsi yoxlanılacaq. Namizədlərə məntiqi təfəkkürün yoxlanılması üzrə 50, informatika üzrə 25 və xarici dil üzrə 25 test tapşırığı təqdim olunur. Hər bir fənn üzrə 5 sual açıq tipli test tapşırıqlarıdır.
NİGAR