2 Dekabr 2014 22:35
801
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 2-də Qaradağ Rayon İcra Hakimiyyətinin dəstəyi, rayon gənclər və idman idarəsinin və “Müşviq” adına Qaradağ Əlil Uşaqlara Yardım İctimai Birliyinin təşkilatçılığı ilə “3 dekabr – Beynəlxalq Əlillər Günü” münasibətilə uşaqlar arasında stolüstü oyunlar (şahmat, dama, domino) üzrə yarışlar keçirilib.

Rayon gənclər və idman idarəsinin rəisi Elçin Abbasov çıxış edərək əlil insanlara göstərilən dövlət qayğısından, Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı xeyriyyə aksiyalarından danışıb. O bildirib ki, belə tədbirlərin keçirilməsində əsas məqsəd əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasının təmin edilməsi, onların idman bacarıqlarının üzə çıxarılması və dəstəklənməsidir.

Birliyin sədri Validə Abbasova uşaqların, o cümlədən azyaşlı əlillərin sosial problemlərinin həllinin rayon rəhbərliyinin daim diqqət mərkəzində saxlandığını vurğulayıb, bu istiqamətdə görülən işləri qeyd edib. Sonra əlil uşaqlar arasında yarışlar keçirilib, qaliblər fəxri fərmanlar və hədiyyələrlə mükafatlandırılıb.


Müəllif:

Oxşar xəbərlər