19 İyul 2022 18:14
702
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağalı sakinləri bu gün öz doğma yurdlarına ayaq basdılar. Tarixi hadisəyə şahidlik edirik. Ona görə də bu gün çox əhəmiyyətli bir gündür.

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.

O bildirib ki, Böyük Qayıdışın ilk başlanğıcı Zəngilan rayonunun Ağalı kəndinədir:

"Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Cənab Prezidentin tapşırığı ilə bərpa-quruculuq işləri Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilir. Bu quruculuq işlərinin bir hissəsi də məhz Ağalı kəndinin tikilməsi olub. Artıq Ağalı kəndinin sakinlərinin bir hissəsi öz dədə-baba yurdlarına qayıtdılar. Onlar öz evləri ilə tanış olurlar. Yaşadığımız bu qürur hislərini Ali Baş Komandana, şəhid və qazilərimizə borcluyuq".


Müəllif: Teleqraf.com