27 İyul 2022 13:05
393
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yeni tədris ili üçün Zəngilan rayonunun Ağalı kəndində zəng çalınacaq və müəllimlər tədirsə başlayacaq. Bu da bizi çox sevindirir. Bunun üçün ölkə başçısı İlham Əliyevə təşəkkür edirəm”.

Teleqraf.com xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

Nazir xatırladıb ki, orada olan məktəbə artıq direktor təyinatı da olub: “Müəllimlərin seçiminə gəlincə, köç prosesinin başa çatmasını gözləyirik. Çünki bilməliyik ki, məktəbdə nə qədər şagird tədris alacaq. Sevindirici fakt odur ki, müəllim sayımız kifayət qədərdir”.


Müəllif: Teleqraf.com