Ötən gün "Soyuq əllər, İsti ürəklər" adlı Xeyriyyə Yarmarkasının açılış mərasimi baş tutub.
Teleqraf.com xəbər verir ki, xeyriyyə kampaniyası 1 ay davam edəcək. Yarmarkanın aparıcısı Murad Dadaşov olub. O, tədbiri giriş sözü ilə açaraq, bunları söyləyib:
"Hava çox soyuqdur. Amma qəlbimiz çox istidir. Əbəs yerə yarmarkamızın adı "Soyuq əllər, İsti ürək" deyil ki... Bu tədbirin təşkilatçısı Ülviyyə Rəhmanovaya belə gözəllik üçün təşəkkür edirik".
Tədbirdə “Nargis” Nəşriyyat Evinin rəhbəri Ülviyyə Mahmudova da iştirak edib. Yaradılmış şəhərçiyin “meri” Miri Yusif seçilib.
Teleqraf.com fotoları təqdim edir :
Rüstəm