11 Avqust 2022 16:55
320
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 13-dən 14-nə keçən gecədən etibarən (saat 01:00-dan 06:00-a qədər) Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 25-ci km-lik hissəsində, eyni zamanda Mərdəkan prospektinin Qala-Pirallahı avtomobil yolu ilə kəsişməsində inşa olunan yerüstü piyada keçidlərinin platformaları quraşdırılacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin açıqlamasında bildirilir.

"Bununla əlaqədar olaraq sürücülərdən qeyd olunan vaxtda sözügedən hissələrdə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

Yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyirik", - deyə qurum bəyan edib.


Müəllif: Teleqraf.com