16 Avqust 2022 11:47
382
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumi balı ən azı 150, imtahanın ikinci mərhələsində balı ən azı 50 olanlar da müsabiqədə iştirak edə bilərlər. Həmin ixtisaslar üzrə ümumilikdə plan yeri 10 620-dir. Ancaq nəzərə almaq lazımdır ki, bu ixtisasların müsabiqəsində 200-dən artıq bal toplayan abituriyentlər də iştirak edə bilərlər.

Teleqraf.com xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, bu il ali təhsil müəssisələrinə imtahan vermədən qəbul olmaq üçün 20 229 subbakalavr müraciət edib: "Ötən il 19 295 nəfər ərizə təqdim etmişdi. Ötən il 6 810 subbakalavr ali təhsil müəssisələrinə qəbul ola bilmişdi. Bu il plan yerləri və müsabiqədə iştirak etmək hüququ olan abituriyentlərin sayını nəzərə alsaq, yalnız ikinci ixtisas qrupu üzrə subbakalavrların qəbul olmaq şansları daha çoxdur".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər