4 Dekabr 2014 18:05
740
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Avropa Parlamentinin prezidenti olaraq Martin Şults Avropa Parlamentinin Strasburqda keçirilmiş plenar iclasındakı çıxışı bütövlükdə Avropa İttifaqı kimi qurumun qeyri-ciddi və qərəzli siyasi mövqeyindən xəbər verir”.

Teleqraf.com-un məlumatına görə, bu fikirlər Zərdabi Mətbuat Mərkəzinin Avropa Parlamentinin prezidenti Martin Şultsun noyabrın 26-da Avropa Parlamentinin plenar iclasındakı çıxışına etiraz bəyanatında yer alıb. Bəyanatda bildirilir ki, M.Şults Azərbaycanda, ümumiyyətlə, insan haqlarına guya əməl edilməməsi təəssüratı yaratmağa cəhd edib. Konkret cinayət əməllərində, o cümlədən vətənə xəyanətdə ittiham olunan şəxsləri söz, mətbuat və fikir azadlığının pozulması bəhanəsi ilə müdafiə etməyə çalışıb: “Bu, eyni zamanda cənab Şultsun guya Azərbaycanda ictimai fəaliyyətinə görə həbs edilmiş Leyla Yunusovanın hüquqlarının pozulması haqqında söylədiyi fikirlər qolverilməzdir, ölkəmizin daxili işlərinə qarışmaq cəhdidir”.

Azərbaycan torpaqlarının 20 faizindən artığının işğal altında olduğunun xatırlandığı bəyanatda Avropa Parlamentinin prezidentinin təməl insan hüquqlarının pozulması faktına laqeyd qaldığı, bir milyon yaxın azərbaycanlının öz doğma yurdundan didərgin düşdüyünü bəyan etmədiyi vurğulanıb. Bu isə Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli mövqenin ifadəsidir: “Zərdabi Mətbuat Mərkəzi olaraq biz Avropa Parlamentinin prezidenti Martin Şultsun Azərbaycanla bağlı qərəzli fikirlərini qeyri-obyektiv sayır, birmənalı şəkildə rədd edirik. Avropa ictimaiyyətini ölkəmizə münasibətdə obyektiv mövqe sərgiləməyə çağırırıq”.

Bəxtiyar


Müəllif:

Oxşar xəbərlər