21 Avqust 2022 23:13
525
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heydər Əliyev Fondu və Azərbaycan Səhiyyə Nazirliyinin dəstəyi ilə ukraynalı uşaqlar Bakıda reabilitasiya kursu keçəcək.

Teleqraf.com xəbər verir ki, avqustun 21-də valideyn himayəsindən məhrum olmuş 7-17 yaşlı 28 uşaq və onları müşayiət edən 4 nəfər Bakıya gəlib.

Uşaqlar hava limanında qarşılanaraq xüsusi ayrılmış avtobuslarla Səhiyyə Nazirliyinin sanatoriya-kurort reabilitasiya mərkəzinə aparılıb. Burada uşaqlara 21 gün ərzində psixoloji, lazım gəldikdə isə tibbi reabilitasiya xidmətləri göstəriləcək.

Uşaqlar üçün mədəni proqram da hazırlanıb. Proqrama paytaxtın görməli yerləri ilə tanışlıq, o cümlədən Heydər Əliyev Mərkəzinə, Qobustan Dövlət Tarix-Bədii Qoruğuna, İçərişəhərə, “Suraxanı” gəmi-muzeyinə, Atəşğaha, “Qala” Dövlət tarix-etnoqrafiya qoruğu və digər tarixi abidələrə ekskursiyalar da daxildir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər