24 Avqust 2022 17:43
1 239
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu günün abituriyenti seçimi necə etməlidir ki, gələcəkdə lazımlı kadr olsun? Bu sual çoxunu düşündürür. Çünki peşə seçimi həyatımızın sonrakı müqəddəratını həll edir.

Düzgün karyera qurmaq üçün vacib amillər var ki, bunlar bəzi xarici ölkələrdə hətta psixoloji testlərlə müəyyən olunur. Məsələn, peşə seçimində şəxsin bacarıqlarına daha çox üstünlük verilir, nəinki təhsil və savadına. Bu keyfiyyət karyeranın inkişafında mühüm rol oynayan əsas amillərdən biri kimi götürülür. Bacarıqlardan istifadə etməklə insanın xarakterinə və şəxsi keyfiyyətlərinə uyğun bir karyera planı hazırlanır.

Dəyərlər.

Hesab edilir ki, uğurlu karyera qurmaq üçün dəyərləri və potensialı qiymətləndirmək vacibdir. Bildirilir ki, bacarıqlarınızı bilmədən və özünüzə inanmadan uğurlu seçim barədə qərar verə bilməzsiniz. Etmək istədiklərinizi planlı-proqramlı şəkildə qeyd edin və bunları həyata keçirməkdən xoşbəxt olacaqsınız. Harada güclü, hansı məqamda zəif olduğunuzu tapın ki, potensialınızın nəyə qadir olduğunu görə biləsiniz.

Dil bilgisi.

Qloballaşan dünyada dil biliyi ən vacib amillərdən biridir. Dünyanın aparıcı dilləri həm də gələcəyin ən irəlidə gedəcək dövlətlərinin hansı olduğunu təyin edir. Və hamı güclü olanın dilində danışmaq istəyir. Odur ki, istənilən sahədə dil bilikləri vacibdir.

Süni intellektə doğru

Süni intellekt və robototexnikanın bir çox gündəlik işləri “oğurladığı” artıq göz qabağındadır. Pandemiya dövründə yaşadıqlarımız bunun peşə seçimində öz əksini tapmasını vacib edir. Uzaqdan iş, məsafədən təhsil, e-ticarət, avtomatlaşdırma, distant tədbirlər… Bütün bunlar süni intellektin artan əhəmiyyəti sayəsində bizim üçün yenilik oldu. Koronavirus pandemiyasından sonrakı mərhələdə hər 16 işçidən birinin 2030-cu ilə qədər peşələrini dəyişməli olacağı təxmin edilir. İnkişaf etmiş ölkələrin iqtisadiyyatında bu rəqəmin daha da yüksək olacağı proqnozlaşdırılır.

Gələcəyi gətirənlər

Çeviklik, tələbat və inkişaf etmə potensialı… Karyera üçün bu amillərin vacib olduğu bildirilir. Uğur qazanmaq üçünsə gələcəkdə daha çox tələbat olan sahə və ixtisaslara indidən hazırlaşmağın vacibliyi vurğulanır.

Həmin ixtisaslar bunlardır:

Kompüter və riyaziyyat. Xüsusilə tərtibatçılar, analitiklər, proqramçılar və informasiya təhlükəsizliyi üzrə analitiklər;

Səhiyyə və səhiyyə dəstəyi - psixi sağlamlıq mütəxəssisləri, texniklər və diaqnostiklər, tibb bacıları, şəxsi qayğı və xidmət və evdə sağlamlıq köməkçiləri;

Məsləhətçilər və terapevtlər - fiziki sağlamlıq, ailə terapevtləri.

Maddə asılılığı üzrə məsləhətçilər, sosial işçilər, nitq və natiqlik üzrə terapevtlər;

Marketinq mütəxəssisləri - analitiklər və marketinq mütəxəssisləri;

İnşaat ticarətləri - niş mütəxəssisləri;

Media və kommunikasiya işçiləri – videooperatorlar, redaktorlar, tərcüməçilər;

Əməliyyatlar üzrə ixtisaslar - maliyyə və kompüter informasiya sistemləri üzrə menecerlər.

Bəli, gələcəkdə bir sıra peşələr unudulacaq, bir sıra sahələrə isə tələbat artacaq. Bu ehtimallardan hansının reallığa çevriləcəyini zaman göstərəcək.

Bənövşə Məmmədova
Filologiya üzrə fəlsəfə doktoru


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər