Sarımsaq tibb sahəsində istifadə edilən təsirli qidalardan biridir. Güclü antioksidant olan sarımsaq xüsusilə yoluxucu xəstəliklər üçün təbii antibiotikdir. Bəs sarımsağı necə istehlak etmək lazımdır?
Teleqraf.com xəbər verir ki, mütəxəssislər xüsusən də bədənində həddindən artıq iltihab olan xəstələrə gün ərzində 6 diş közlənmiş sarımsaq istehlak etməyi tövsiyə edir.
Aparılan araşdırmalar nəticəsində məlum olub ki, sarımsaq son əsrlərdə xərçəng xəstəliklərinin müalicəsində istifadə olunur. Tərkibində yüksək miqdarda A, C və B vitaminləri kompleksi var. Xüsusilə qrip, soyuqdəymə kimi yuxarı tənəffüs yolları xəstəliklərində təbii dərman kimi istifadə olunur.
Sarımsaq istehlak edildikdən ilk 4-6 saat ərzində maddələr mübadiləsini tənzimləyərək, sidik və defekasiya ilə bədəndə yığılmağa meylli olan yağ və zərərli toksinlərin çıxarılmasına kömək edir.
Qan dövranını nizamlayır, qanda zərərli toksinlərin nisbətini azaldaraq xərçəng hüceyrələrinin əmələ gəlməsinin qarşısını alır. Həmçinin damarları təmizləyərək ürək xəstəliyi riskini azaldır. Qandakı trombosit hüceyrələrini tarazlaşdıraraq, oynaqlarda meydana gələ biləcək şişkinliyi önləyir.
Gündə 6 diş sarımsaq istehlakı sızanaqlara səbəb olan zərərli toksinləri azaldır, dərini daha parlaq və canlı göstərir. Saç və baş dərisinin strukturunu gücləndirir, saçın həcmini artırır, daha dolğun və parlaq edir.
Sağlam qidalanmaq və arıqlamaq istəyənlərə mütəxəssislər sarımsaqlı qatıq istehlak etməyi tövsiyə edir. Bu, həm orqanizmin sağlamlığını qoruyur, həm də çatışmayan vitamin və mineralları doldurur.